Müğənni Şəbnəm Tapdıq adaşı olan həmkarı Şəbnəm Qəhrəmanova barəsində polisə şikayət edib.
Lent.az-ın məlumatına görə, bu barədə Şəbnəm Qəhrəmanova "5/5" verilişində danışıb: "Məni əvvəl məhkəməyə verdi. Deyir, adını dəyiş. İndi də 102-yə zəng vurub, şikayət edib. Mən adımı necə dəyişim?"
Qeyd edək ki, Şəbnəm Tapdıq bir neçə il öncə verilişlərin birində bildirmişdi ki, adı yalnız ona məxsusdur. Başqa kimsə o adı özünə qoya bilməz.