Dünən Heydər Əliyev Sarayında konsert verən Röya Ayxanın geyindiyi libas müzakirələrə səbəb olub. Lent.az-ın məlumatına görə, bir çoxları Röyanın geyimini həmkarı Günay İbrahimlinin ötən ilin sentyabrında "Yaşıl Teatr"dakı konsertində geyindiyi paltara bənzədiyini bildiriblər.
Bununla bağlı stilist Samiraldo (Samir Əliyev) ilə əlaqə saxladıq. O, Lent.az-a bildirib ki, Röyanın geyimi gözəl olsa da G.İbrahimlinin libasına oxşayırdı: “İlk əvvəl onu deyim ki, Röyanın geyimi çox bahalı və zövqlü idi. O, heç zaman tikilmə geyim geyinmir. Yəni “Kitaysqi” libas deyildi. Onun geyimini mən də Günayın geyiminə bənzətdim. Amma bu libas Röyaya qəşəng yaraşırdı. Çünki, bədən parametrləri ona imkan verirdi. Günayda isə bədən parametrləri bir az fərqli idi. Sadəcə, libası onu vermişdilər ki, onu geyinib çıxmalısan. Belə deyək də, Günaya o geyimi məcburi geyindirmişdilər. Röyanın paltarı əslində Amerikanın tanınmış müğənnisi Kati Perrinin (Katy Parry) 2011-ci ildə geyindiyi libasa oxşayırdı. Röyadan fərqli saç gözləyirdim. Axı o saç düzümündən Aygün Kazımovada və digər müğənnilərdə də var. Gərək, fərqli saç edəydi. Ümumilikdə isə hə şeyi zövqlə etmişdi. Amma sizə deyim ki, Röya növbəti üç gün verəcəyi konsertlərdə fərqli geyimlər geyinəcək”.