“Biznes ledi” və “Dəb ikonası” kimi tanınan Ruhi Əliyeva Azərbaycanı tərk edir. Onun Lent.az-a verdiyi məlumata görə, o, sabah aparıcılıq etdiyi “Özanə bax” verilişindən dərhal sonra İtaliyanın Milan şəhərinə yola düşəcək: “Səfərim verilişimlə bağlıdır. İstəyirəm ki, verilişimdə hər şey yüksək səviyyədə olsun. Bir çox önəmli bəzək əşyaları, bahalı parçalar alacam. Məhz Milanda ən yaxşılarını tapmışam. Tez qayıdacağam. Ancaq istəyirəm ki, tamaşaçılarla yanaşı verilişimizin iştirakçıları da rahat və xoşbəxt olsunlar”.