Müğənni Röya bu gün saat 15:00-da Türkiyənin tanınmış müğənnisi Gülbən Ergənin “Show TV”də aparıcılıq etdiyi “Gülben Show” da qonaq olub. Lent. az-ın məlumatına görə, Röya proqramda ifasına xalq artisti Zeynəb Xanlarovanın illər öncə oxuduğu “Qal sənə qurban” mahnısı ilə başlayıb. Sonra Röya Gülbən Ergənə yaradıcılıq işlərindən söz açıb: “Mən Azərbaycanda yaşayıram. Sizin proqram üçün Türkiyəyə gəlmişəm. Məndən öncə sizin ölkəyə bir çox sənətçimiz gəlib. Amma sizlər bir tək xalq artisti Zeynəb Xanlarovanı tanıyırsınız. Elə ona görə də onun mahnısını oxudum. Burada ilk tanışlığım Sonər Sarıkabadayı ilə oldu. Sözün düzü, Türkiyədəki fəaliyyətimə başlamadan öncə mənə dedilər ki, getmə tanınmayacaqsan. Amma mən israr etdim. Ağladım ki, mən tanınacam”.
Sonra Röya “Gəmicilər” mahnısı ilə proqramdakı çıxışını başa vurub.
Gülbən Ərgən isə Azərbaycanı çox sevdiyini deyib: “Mən Azərbaycanı çox sevirəm. Oranın bəstəkarları, müğənniləri bütövlükdə hər birini”.
Qeyd edək ki, bir neçə gün öncə Röya “İnstagram” səhifəsində “Show Tv” də qonaq olacağını yazmışdı: “Perşembe saat 13-de “Show tv” də Gülbən Ergenin konuğu oluyorum”.