<span style="color:red;">Rəqsanə qızlarının soyadını dəyişdi : “<b>Hələ 4-5 uşaq doğacam”</b> - <span style="color:red;">MÜSAHİBƏ
26 avqust 2015 11:30 (UTC +04:00)

Rəqsanə qızlarının soyadını dəyişdi: “Hələ 4-5 uşaq doğacam” - MÜSAHİBƏ

Müğənni Rəqsanə İsmayılova Lent.az-a müsahibə verib.

 

 

- Əvvəlcə yeniliklərindən danışardın.

 

- Bu ay yeni biznesə başladım. Bacımla birgə gözəllik salonu açdım. Yaxın günlərdə isə restoranımın açılışı olacaq. Həmin restoran əsil mən istədiyim yer olacaq. Demək olar ki, özümü orda tapacam.

 

- Bir sözlə,  Rəqsanə “biznes ledi” olacaq....

 

- (Sözümü yarımçıq kəsir) Yox, qətiyyən. İstəmirəm mənə elə desinlər. Elə mən Rəqsanəyəm. Sadə olmaq gözəldir. Xoşlamıram desinlər biznes ledi filankəs. Biz kimik ki? Sadə vətəndaşıq. Nə olsun ki, mən müğənni Rəqsanəyəm. Məni müğənni kimi də sevirlər, bu mənə bəs edir. Ağac bar verən zaman başını aşağı əyər. O qədər sənət dostlarım var ki, bir balaca imkanları olan kimi çaşırlar. Çaşmaq lazım deyil. Səni tanıdan bu xalqdır. O qədər müğənnilər unudulub ki... Sabahın işini bilmək olmaz. İndi mənim 36 yaşım var. Bəlkə 40 yaşımda elə olacaq ki, mənim populyarlığım indiki kimi olmayacaq. Ona görə də biznesimi indidən qurdum ki, uşaqlarım sabah ac qalmasın.

 

 

- Yaradıcılıq işlərinlə bağlı daim yeniliklər edirsən, son illər qalmaqallara da girmirsən. Amma tamaşaçılar hələ də səni qalmaqallı müğənni kimi tanıyırlar. Bunun səbəbi nədir?

 

- Fikir verirsənsə mən son illərdə qalmaqallara baş qoşmuram. Zaman var idi ki, qalmaqal hamıya maraqlı idi. İndi isə qalmaqal elə də dəbdə deyil. Adımın qalmaqallı müğənni olması ondan irəli gəlir ki, əvvəllər barəmdə deyilən sözlərə efirdə münasibət bildirirdim. Amma indi susuram. Hər şeyin üstündən keçirəm.

 

- Amma həmkarın Əli Mirəliyevlə sülh bağlamadın...

 

- Bilirsən niyə? Mən balacanın və böyüyün də hörmətini saxlayan insanam. Barəmdə neqativ söz deyən olanda belə zaman susuram. Amma üçüncü dəfə söz atanda bağışlamıram. Elə Əli Mirəliyevə də bir neçə dəfə güzəştə getdim. Amma susmadı. Ona görə də verdim məhkəməyə. Məhkəmədə də mən qalib gəldim. Hələ cəriməni də ödəməyib. Bilirsiniz onu niyə uddum? Ona görə uddum ki, bu gün və ya sabah çıxıb digər müğənnilər haqqında nəsə deməsin. Mənim Əli müəllimlə başqa nə alacağım, verəcəyim var ki? Yaşlı adamdı.  Başımı salıb aşağı balalarımı saxlayıram.

 

 

- Biznesə başlamağın yaradıcılığını ikinci plana salmayacaq ki?

 

- Yox, qətiyyən. Yaradıcılığımı yenə də davam etdirəcəm. Çünki əsas gəlir yerim sənətimdir. Bu barədə heç yerdə danışmamışam. İndi açıqlayıram. Neçə illərdir ki, yaxşı bir bəy duet ortağı axtarırdım. Axtardığımı da nəhayət tapdım. Mürsəl adında bir oğlandı. Artıq beş mahnı yazdırmışıq. Yeni duet ortağımı sentyabr ayından etibarən efirlərə çıxaracam, tanıdacam. Onunla duet oxumadan öncə şərt kəsdim ki, mən deyən kimi oxumalı və geyinməlisən. O da razılaşdı. Onunla bərabər peşəkar komanda işləyəcək.

 

- Son vaxtlar efirlərdə görünmürsən...

 

- Hər verilişə çıxmıram. ATV-də öz verilişim var. Sentyabrda efirə gedəcək. Bu mənə yetər. Eyni adamları nə qədər görmək olar? Nə vaxt baxırsan, 3-4 cavan müğənni verilişlərdə qonaqdırlar. Aparıcılar da hər kəsə eyni sualları verirlər. Ayıbdır. Eyni sualı nə qədər vermək olar?

 

- Aparıcıları pisləyirsən, amma sənin də aparıcılığın birmənalı qarşılanmadı...

 

- Verilişimin ilk efir günündə söylədim ki, mən nə aparıcı, jurnalist, nə də siyasətçi deyiləm. Mən müğənniyəm. Müğənni Rəqsanə kimi də aparıcılığımı qəbul etsinlər. Verilişdə pis nəsə edirəm? Kimsəsiz insanlara yardım edirəm. Bu layihə üçün az pul xərclənməyib. Çətinlik, əziyyət görmüş insan olduğuma görə, verilişimə gələn insanlara kömək edirəm. İnsanın çətinliyi olanda hər yola əl atmaq istəyirsən. Məsələn, oğurluq etmək, bank yarmaq istəyirsən, hər şeydə əl atırsan ki, təki bu əzabdan qurtulasan. Bir də ki, insanın gərək qəlbi təmiz olsun. Mənim qəlbim təmiz olmasaydı, Allah bu gözəl günləri mənə nəsib etməzdi. Mən xalqımızı çox sevirəm. Birdə mənim hər zaman hörmət edəcəyim, sevəcəyim xalq yəhudilərdi. Yəhudilərin toylarına getmişəm, pul qazanıb, borclarımı, problemlərimi bağlamışam. Buna görə də Allahıma şükür edirəm. Çox mənə dedilər ki, Rəqsanə bayağı mahnı oxuyur. Bayağı oxuyan müğənnin mahnısını prezident oxuyar? Mənim mahnımı Türkmənistanın prezidenti oxuyub. Demək ki, mənim mahnılarıma qulaq asırlar.

 

- Şou-biznesdə bir çox həmkarının titulu var. Bəs Rəqsanənin titul almağa nəyi çatmır?

 

- (Üzünü turşudur) İlk öncə deyim ki, məni dünyaya atam və anam gətirib. Adımı da onlar Rəqsanə qoyub. Bu mənə bəs edər. Mənə qondarma adlar lazım deyil. Həmdə titulu neyləyirəm? Allah qismət edərsə, dövlətimiz tərəfindən ad alaram. Bu mənim üçün şərəf olar. Qondarma, boş-boş adlar mənə gərək deyil.

 

- Bəs istəmədən titul versələr?

 

- Heç bir zaman götürmərəm. İstəmirəm, kiməsə ağız açmaram ki, mənə titul ver. Mən elə Rəqsanəyəm. Rəqsanə olaraq da tanınıram. Titula nə ehtiyacım var ki? Titul mənə var-dövlət gətirəcək? Cibimi dolduracaq? Bir çoxları özünü biabır edir. “Eldağlı”, “Güldağlı” nə bilim nə... (gülür) Ən böyük titullarım övladlarımdı. Bu, mənə bəs edər.

 

- Bir müddət öncə açıqlama verdin ki, ailəlisən. Həyat yoldaşın nələrəsə qadağa qoyur? Yoxsa...

 

- Xoşbəxtəm. Həyat yoldaşım heç bir işimə qadağa qoymur. O, müasir bir insandır. Artıq mənim övladlarımın ikisi də mənim yox, onun soyadını daşıyırlar. Ola bilsin ki, qısa müddətdən sonra üçüncü dəfə ana oldum. Çox istəyirəm ki, övladım olsun. Hətta əlacım olsa, 5-10 uşaq dünyaya gətirərəm. Bir də ki, həyatda bir arzum var ki, övladlığa uşaq götürüm. Çünki bütün dünya ulduzları övladlığa uşaq götürür. Həmişə arzu etmişəm ki, himayəmə uşaq götürüm, amma imkanım olmayıb.

 

- Bir ara mətbuatda belə bir xəbər çıxdı ki, Rəqsanə süni mayalanma üsulu ilə övlad dünyaya gətirəcək...

 

- Mən sonsuz olsam, uşaq dünyaya gətirə bilməsəm, süni mayalanma edərəm. Amma mən təbii yolla ana ola bilirəm. Süni mayalanmaya niyə əl atım ki? Süni mayalanma edənlərə də pis baxmıram. Azərbaycan xalqına igid oğlanlar və qızlar lazımdı. Mən hələ dörd-beş uşaq doğacam.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07