Rəqsanə qızının qaydaları pozmasından danışdı
31 yanvar 2014 12:07 (UTC +04:00)

Rəqsanə qızının qaydaları pozmasından danışdı

Rəqsanə qızının yol hərəkəti qaydasını pozmasından danışdı

 

Rəqsanə İsmayılova qızı Aysunun “yol hərəkəti qaydalarını pozduğum halda anamın adından istidadə edirəm” açıqlamasının mətbuatda müzakirə ounmasından narahatlığını dilə gətirib. Lent.az-ın məlumatına görə o, bu barədə açıqlama yayıb. Rəqsanə bildirib ki, qanun hamı üçün qanundur:  “Qızım Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də, maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin avtomobillə ciddi qayda pozuntusu törədilməyib. Yol polisi kiçik səhvlərə görə maşını saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mənim də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və protokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır. Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə, Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Bu da mentalitetimizdən, zəif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir. Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin səlahiyyətindədir. Xahiş edirəm, övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin”.

 

Qeyd edək ki, R.İsmayılovanın qızı Aysunun açıqlamasına Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama da verib. O, ictimaiyyətin tanıdığı xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını bildirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4712
avatar

Yalçın UĞUR

Oxşar yazılar