Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə birgə yeni layihə üzərində çalışır. Lent.az-a açıqlama verən Rəqsanə bildirib ki, qızı ilə birgə aparıcılıq edəcək. Proqramın hansı telekanalda yayımlanacağını gizli saxlayan ifaçı deyib ki, veriliş tezliklə efirə çıxacaq. Proqramın adı isə “Yar” adlanır.
Qeyd edək ki, Rəqsanənin qızı Aysun modelyerlik peşəsi ilə məşğuldur.