Əməkdar artist, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) gündəmi zəbt edəcək açıqlama verib. Lent.az-a açıqlama verən Rəmiş bildirib ki, şou-biznesdə əksər müğənnilərin sponsorları var: “Maqazin proqramlarına baxanda əsəbiləşirəm. Çünki əksəriyyəti gedir kiminsə, hansısa generalın evində müsahibə verir, deyir ki, “öz evimdi”. Bu yalanlar məni özümdən çıxarıb. Mən yazıq əlli ildir ki, toylara gedirəm, amma bir-iki ildir ki, prezident mənə ev verib. Mənim heç evim yox idi. Onlar hansı pulla ev alıb, bu mənə çatmır. O gün televiziyaya baxıram ki, Elton Con kişi ilə evlənib və doğub. Kişi də doğar? Görün dünyanın harasıdır. Bu dünyanın sonu gəlib. Bu nədir ki hələ? Şou-biznesdə oğlan ifaçının “mnistr” oğlanı, qız ifaçılarının da “mnistr” oğlanı, ya qızı” var. Yəni əksəriyyətini saxlayan adamlar var”.

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08