Bəstəkar və müğənni Rəhim Rəhimli noyabrın 19-da, saat 18:00-da paytaxtın əyləncə mərkəzlərinin birində konsert verəcək. Lent.az-ın məlumatına görə, ifaçı artıq konsertin hazırlıqlarına başlayıb. Konsertdən sonra müğənninin sevənləri ilə görüşməsi üçün məkan ayrılacaq və Rəhim Rəhimli fanatları ilə birlikdə görüşüb söhbətləşib, şəkil çəkdirəcək.
Konsert ərzində isə tamaşaçılara müğənni özü sürpriz edəcək. Müğənni şəxsi aksesuarlarını seçdiyi tamaşaçılarına hədiyyə edəcək.