Bir müddət öncə ana olan müğənni Günel Ələkbərovadan (Pişik Günel) xəbər var. Lent.az-ın məlumatına görə, ana olduqdan sonra xeyli kilo verən ifaçı yeni şəkillərini sosial şəbəkədəki səhifəsinə yerləşdirib. Uzun müddətdən sonra fərqli görkəmdə görünən müğənniyə pərəstişkarları xoş sözlər söyləyiblər. Bir çoxları isə müğənninin xeyli dəyişdiyini yazıb.
Müğənni özü isə yaradıcılıq işlərindən söz açaraq bildirib ki, məlum səbəblərdən sənətdən uzaq düşüb. Lakin buna baxmayaraq, bu yaxınlarda yeni layihələrlə sevənlərinin qarşısına çıxacaq.
Qeyd edək ki, G.Ələkbərova mayın 24-ü nikahsız qız övladı dünyaya gətirib. O, körpəsinə Məryəm adını qoyub.