Oksana və Namiq Qaraçuxurlu sevgidən danışdı
15 dekabr 2014 16:56 (UTC +04:00)

Oksana və Namiq Qaraçuxurlu sevgidən danışdı

“Xəzər” telekanalında yayımlanan “İncə sənət” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, dekabrın 17-i saat 23:00-da efirə gedən verilişdə şou-biznesin bir çox tanınmış simaları açıqlamalar verib. Bu həftə Oksana Rəsulova sevgisindən danışacaq. O, deyib ki, sevgidən küsüb, daha sevmək istəmir. Meyxanaçı Namiq Qaraçuxurlu isə qadın və kişi münasibətindən, sevgidən danışıb. Bütün bunlar və digər məşhurların açıqlamaları barədə daha ətraflı həftənin 3-cü günü xəbərdar ola bilərsiniz.

 

Xatırladaq ki, “İncə sənət” verilişi həftənin 3-cü günləri “Xəzər” telekanalında saat 23:00-da, təkrarı isə bazar günləri saat 14:30-da yayımlanır.

 

Qeyd edək ki, “İncə sənət” verilişinin informasiya dəstəkçisi Lent.az-dır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Yalçın UĞUR

Oxşar yazılar