Nuri Sərinləndirici Beynəlxalq Ukrayna gözəli ilə birlikdə
07 mart 2014 02:53 (UTC +04:00)

Nuri Sərinləndirici Beynəlxalq Ukrayna gözəli ilə birlikdə

Azərbaycanlı müğənni Nuri Sərinləndirici ifa etdiyi “Sevgi sərxoşu” adlı mahnısına çəkilmiş klipi təqdim edib. Lent.az-ın məlumatına görə, müğənnin təqdimatına media mənsubları ilə  yanaşı şou-biznesin tanınmış simaları da qatılıb. Rejissor Anar Abbasova çəkdirdiyi klipini qonaqlara təqdim edən Nuri təqdimat bitdikdən sonra yeni işi barədə Lent.az-a danışıb: “Klipim barədə onu deyə bilərəm ki, çox gözəl bir iş ərsəyə gəlib. Bu böyük bir komandanın işidir. Klipdə mənim tərəf müqabilim Ukrayna gözəlidir. Bu ekran işinin tamaşaçılar tərəfindən seviləcəyinə inanıram. Çünki fərqli bir klipdir. Yaradıcılıq işlərim bununla bitmir. Bir çox yeni işlərim var. Hazır olduqdan sonra təqdim edəcəyəm. Klip təqdimatıma jurnalistlərlə yanaşı, sənətçi dostlarım da gəlmişdi. Məni tək qoymadıqlarına görə, hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”.

 

Xatırladaq ki, Şahin Cavadsoy və Zabir Əliyevin aparıcılığı ilə keçirilən təqdimata tanınmışlardan Könül Kərimova, Nadir Qafarzadə, Roza Zərgərli, Rüfət Axundov, Xatun Əliyeva, Teymur Əmrah, Sahib İbrahimov, meyxanaçı Vüqar və başqaları gəlib.

 

Təqdimatın təşkilatçısı N.Sərinləndiricinin layihələrinin rəhbəri Lamiyyə Ələkbərqızıdır. 

Qeyd edək ki, Nurinin ifa etdiyi “Sevgi sərxoşu” adlı bəstənin sözləri Leyli İsrafilovaya,

musiqisi Zamiq Kənana məxsusdur.

 

 

# 2935
avatar

Yalçın UĞUR

Oxşar yazılar