Azərbaycanlı müğənni Niyam Salami paytaxt məkanlarının birində konsert verib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, konsertində gözəl anlar yaşanıb: “Düşünürəm ki, bu konsert sevənlərimlə mənim aramda olan bir hesabatdır. Ötən gün çox möhtəşəm bir gecə yaşadım. Sürpriz hədiyyə aldım. Həmin hədiyyənin nədən ibarət olduğunu, kim tərəfindən verildiyini isə deyə bilməyəcəm. Təşkilatçılığını və aparıcılığını Aynur Hacıyevanın etdiyi konsertə yaxın dostlarım da təşrif buyurmuşdu. Repertuarımda sevilən bütün mahnıları iki saat yarım ərzində oxudum. Bundan sonra bu cür konsertlərim çox olacaq. Qarşıda bir neçə layihəm var. Sonda sənətimə qiymət verib konsertimə gələn hər kəsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, N.Salaminin konsertinə tanınmışlardan xalq artisti, kamança ifaçısı Ağa Cəbrayıl Abasəliyev, bəstəkar Nailə Mirməmmədli, müğənni Səidə Sultan, aktyor-aparıcı Sərxan Kərəmoğlu, model Azər Atakişiyev və başqaları gəlmişdi.