Oksana üçün oxudular
12 noyabr 2014 17:20 (UTC +04:00)

Oksana üçün oxudular

Müğənnilər Natavan Həbibi, İlhamə Qasımova, ABD Malik, Elnur Məmmədov və Azad Şabanov bir araya gələrək rəqqasə Oksana Rəsulovanın şərəfinə mahnı ifa edib. Lent.az-ın məlumatına görə, sənətçilər müəllifi gənc şairə Gülnar Hüseynovanın olduğu  “Bu gözəlin rəqsinə bax” adlı mahnını artıq lentə aldırıb.

 

Mahnının bəstəkarı bildirib ki, mahnı O.Rəsulovanın Hindistanda “İndias Best Cine Star Ki Khoj” yarışmasındakı qələbəsinə həsr olunub. Bəstənin aranjemanı Nadir Nəğdpula məxsusdur. Bəstəyə klip də çəkiləcək. Klip Hindistanda da nümayiş olunacaq. 

# 808
avatar

Yalçın UĞUR

Oxşar yazılar