Namiq Qaraçuxurlunun ilk maşını bu olub
23 sentyabr 2014 14:28 (UTC +04:00)

Namiq Qaraçuxurlunun ilk maşını bu olub

Meyxanaçı Namiq Qaraçuxurlu ilk maşının şəklini “İnstagram” səhifəsinə yerləşdirib. Lent.az-ın məlumatına görə, söz ustası “VAZ- 2106” markalı avtomobilinin şəkilini paylaşıb və bu şərhi yazıb: “Bu şəkli bir tanışım çəkib. Sahibi olduğum ilk avtomobildir. Demək olar ki, Azərbaycanının bir çox rayonlarını, kəndlərini bu avtomobillə dolaşmışam. Şəkili gördüm, ötən illər gözümün önündən film kmi keçdi. Mənə Azərbaycanın hər bölgəsini doğmalaşdıran illər... Vaxtıilə mənim və meyxanaçı dostlarımın dadına çatmış bu maşının indiki sahibi kimdirsə can sağlığı ilə sürsün”.

 

 

Qeyd edək ki, N.Qaraçuxurlunun hazırkı maşını “Lexus”dur. 

# 3528
avatar

Yalçın UĞUR

Oxşar yazılar