Namiq Qaraçuxurlu ondan da ayrıldı – <span style="color:red;">EKSKLÜZİV
24 noyabr 2014 12:53 (UTC +04:00)

Namiq Qaraçuxurlu ondan da ayrıldı – EKSKLÜZİV

Meyxanaçı Namiq Qaraçuxurlu 10 il birgə işlədiyi prodüseri Ataş Hüseynlə yollarını ayrılıb. Bu barədə Lent.az-a prodüserin özü məlumat verib. O, bildirib ki, işləri çox olduğu üçün görə N.Qarçuxurlu ilə çalışa bilmir: “Artıq 10 ilə yaxın işlədiyim Namiqlə çalışmıram. Bir çox şou nümayəndələrindən fərqli olaraq, biz dost kimi, qarşılıqlı anlaşma ilə ayrıldıq.  Bu ayrılığı mən istədim. Çünki öz ATV telekanalında “Bakı vaxtı ilə” verilişinin yaradıcı heyətində işləyirəm. Televiziya sahəsi mənim üçün yeni deyil. İllər öncə də bu sahədə çalışmışam. Həm televiziya, həm də Namiqlə işləmək alınmadığına görə, öz dostumu onun yanında köməkçi məsləhət gördüm. Hazırda dostumla işləyir”.

 

Prodüser onu da əlavə edib ki, gələcəkdə yenidən N.Qaraçuxurlu ilə çalışa bilər: “Onu da deyim ki, Namiqlə ayrılsaqda gələcəkdə hansısa layihə üçün bir araya gələ bilərik. Namiqin bu günə qədər qazandığı uğurlarda çox şübhəsiz ki, mənim də imzam var. Düşünürəm ki, bu gündən sonra da onun işləri yaxşı olacaq”.   

 

# 2824
avatar

Yalçın UĞUR

Oxşar yazılar