Bu gün Bakı Biznes Mərkəzində Sevil-Sevinc bacılarının klip təqdimatı mərasimində xoşagəlməz hadisə baş verib. Lent.az-ın məlumatına görə, əkiz bacılara dəstək olmaq üçün təqdimat mərasiminə gələn müğənni Nadir Qafarzadənin eynəyi oğurlanıb. N.Qafarzadənin stolun üstünə qoyduğu gün eynəyi naməlum şəxs tərəfindən götürülüb.
Müğənni Lent.az-a bildirib ki, həmin eynəyin dəyəri 8 min manatdan çoxdur və üzərində 23 qram qızıl işlənib. Oğrunun müəyyən edilməsi üçün tədbir keçirilən məkanı izləyən təhlükəsizlik kameralarının çəkdiyi lentlər incələnəcək.
Nadir Qafarzadənin həmin eynəklə çəkdirdiyi fotonu təqdim edirik.