Qalmaqallı açıqlamaları, şou-biznesdə həyata keçirdiyi layihələri ilə həmişə gündəmdə olan müğənni Nadir Qafarzadə “Ağlama sevdam” adlı yeni albomunu təqdim edib. O, Lent.az-a bildirib ki, bu, 2014-cü ildə gerçəkləşdirdiyi ilk işidir: “Yola saldığımız ildə uğurlarım çox oldu. Məsələn, “Yaşıl Teatr” dakı “Sən mələksən” konsertim və “Maral” mahnım. Düzdür, “Maral”ı bəzi həmkarlarım çox müzakirə etdilər. Zənnimcə, bu müzakirələr normaldır. Demək, iş görmüşəm ki, onu müzakirə edirlər. Bütün bunlar qaldı 2013-də. 2014-cü ildə isə bir çox sürprizim və layihəm var. At ilinin mənə düşərli olacağına inanıram. Artıq bir neçə gün olar ki, səbirsizliklə gözlədiyim “Ağlama sevdam” albomum işıq üzü görüb. Bu, yeni ildə ilk albomumdur. Albomda sevilən mahnılarımla yanaşı, yeni ifalarım da yer alıb. Yeni albomumu hədiyyə vermək niyyətim yoxdur. Əldə etmək istəyənlər bir az xərcə düşməlidirlər. Qiymətini açıqlamayacam”.
Qeyd edək ki, “Ağlama sevdam” albomunda 32 mahnı və müğənninin yeni fotosessiyasından olan şəkilləri də yer alıb.