Rusiyada istirahət edən müğənni Nadir Qafarzadə Azərbaycana qayıdıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, yeni həyata keçirəcəyi layihə ilə əlaqədar Bakıya qayıdıb: “Artıq bir neçə gün idi ki, Azərbaycandan kənarda idim. Dincəlirdim. Düşünürəm ki, istirahətimi gözəl keçirə bildim. Müğənni Natavan Həbibi və “Bu şəhərdə” komandasının üzvü Rəfaael İsgəndərov da bizimlə idi. Daha bir neçə gün qalıb dincəlmək istəyirdim. Amma yeni layihəmin işlərinə görə qayıtmalı oldum. Qalmaqaldan, səs-küydən uzaq idim. İndi gəlmişəm, başlayacaq söz-söhbətlər. Gündəmdə qalmaq üçün barəmdə söz deyəcəklər. Susmağa çalışacam. Amma düşünməsinlər ki, qorxuram. Tanıyanlar bilir ki, mənim bu həyatda qorxacağım heç nə yoxdur. Mənə qarşı çaşanların cavabını lazımi şəkildə verməyi bacarıram”.
1047