Müğənni Lətifə Soyuöz yeni layihə üzərində çalışır. Müğənninin Lent. az-a verdiyi məlumata görə, o, öz komandası ilə birgə fərqli iş ortaya qoyacaq. İfaçı komandasını başına yığaraq klipin ilk detallarını müəyyən edib: “Çox fərqli və heç kimin ağlına gəlməyəcək layihədir. Çalışırıq ki, hər şey yüksək səviyyədə olsun. Bu layihəyə görə çox narahatam. Çünki heç bir qusur olmamalıdır”.
Klipin rejissoru daha öncə Lətifənin “Hədəf” klipini ekranlaşdıran Anar Hüseynov isə bunları deyib: “ “Hədəf” klipi çox orijinal idi. Hələ də tamaşaçılar haqqında danışılır. Üstəlik xarici ölkələrdə də klipə maraq göstərirlər. O cür uğurlu layihədən sonra növbəti iş ərsəyə gətirmək bir az çətindir. Çünki bu, “Hədəf”dən də yaxşı olmalıdır. Daha yaxşısı isə fikrimcə hər bir rejissor üçün çətin olar ”.
Bu dəfə də Lətifənin geyimi üzərində tanınmış modelyer Renat Ramazanov çalışacaq: “Lətifənin xarici görünüşündə müəyyən dəyişikliklər edəcəyik. Amma bu yalnız onun geyim tərzində olacaq. Çünki onun çox gözəl üz cizgiləri və saçları var. Bu gözəlliyi tamamlamaq üçün sadəcə daha uyğun seçilmiş geyim lazımdır ”.
Qeyd edək ki, Lətifənin söz açdığı yeni layihə oktyabrda gerçəkləşəcək.