Müğənni Səbinə Babayevanın bu mahnısı nominant seçildi
07 fevral 2014 11:04 (UTC +04:00)

Müğənni Səbinə Babayevanın bu mahnısı nominant seçildi

Rejissor Nail Naiboğlunun rəhbəri olduğu “Zirvədəkilər” layihəsinin ilk nominantı təqdim olunub. Lent.az-ın məlumatına görə, nominant müğənni Səbinə Babayevanın ifa etdiyi “Getmə gəl” mahnısı seçilib. Artıq onun ifa etdiyi mahnıya çəkilən klip də sosial şəbəkələrdə geniş yayılıb.

Tamaşaçılar Səbinə Babayevaya “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər. Səsvermənin nəticəsində qaliblər may ayında qala konsert proqramıyla çıxış etməklə mükafatlandırılacaqlar.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

# 1011
avatar

Yalçın UĞUR

Oxşar yazılar