Müğənni Elnur Məmmədov yeni klipinin geyimlərini özü hazırlayacaq. Bu barədə Lent. az-a sənətçi özü məlumat verib, o, yeni işlərindən söz açıb:
“Üç yeni mahnıma klip çəkdirmək niyyətindəyəm. Həmin ekran işlərində geyimlərimin modelyeri özüm olacam. Artıq bir geyimimi hazırlamışam. Bu, əsl kompozisiya olacaq. Hələ belə bir libas heç kimin klipində olmayıb”.
Sonra 5 yeni mahnı hazırladığını deyən E. Məmmədov müğənni Ramal İsrafilovun, Elvin Musayevin, Nadonun bəstələdiyi mahnıları yazdırdığını bildirib.
Sənətçi eyni zamanda Hollandiyada və Azərbaycanda baş tutacaq konsertlərinə hazırlaşdığını deyib.