“Best Model of the World” yarışmasının münsiflərindən olan Günay Musayeva bu günlərdə Türkiyənin tanınmış dizayneri Yıldırım Mayrukun “2023-ə Hikayələr Mode-on” adlı sərgisinə qatılıb. Lent.az-ın məlumatına görə, İstanbulda baş tutan moda nümayişində podiuma həmyerlimizlə yanaşı, model Çağla Şikel, Pulaş, Sema Şimşek, Yüksel Ak kimi modellər də çıxıb. Həmin tədbirdə Türkiyənin tanınmış sənətçiləri Bülənt Ərsoy, Türkan Şoray, Nebahat Çehre, Turkan Sabanci, Derin Mermerci də iştirak edib.
Xatırladaq ki, hazırda G.Musayeva Rusiyanın birinci kanalında yayımlanacaq "Türk tranziti" serialının çəkilişləri üçün Sarayevoya yollanmaq niyyətindədir.