Azərbaycan milli komandasının və “Qəbələ” klubunun yarımmüdafiəçisi Ruslan Abışov öz formasını İTV-nin aparıcısı Kamran Quliyevə hədiyyə edib. Lent.az-ın məlumatına görə, bu barədə aparıcının özü “İnstagram” səhifəsində yazıb: “Bu günün hədiyyəsi Azərbaycan milli komandasının əsas üzvlərindən olan Ruslan Abışovdan gəldi. Azərbaycanın əsas yığmasının 11 futbolçusundan biri olan Ruslan millimizin Bolqarıstanla oyunu zamanı geyindiyi "futbolka"nı mənə bağışladı. Bu sürprizə görə ona xüsusi minnətdaram. Mən də futbol oynamağı sevirəm. Asudə vaxtlarımda dostlarla bir araya gəlib, futbol oynayırıq”.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu 1-2 hesabı ilə yekunlaşmışdı.