Mərhum sənətkarın müğənni qızı toyundan “qaçmağından” danışdı
04 dekabr 2013 23:33 (UTC +04:00)

Mərhum sənətkarın müğənni qızı toyundan “qaçmağından” danışdı

Bu gün mərhum sənətkar Vidadi Bərdəlinin qızı, ifaçı Aytac Bərdəli "Həyat gözəl” adlı mahnısına çəkilmiş klipinə təqdim keçirib.

 

Müğənni təqdimatda Lent.az-a bildirib ki, rejissoru Ceyhun Kərimov  olan klipin süjet xətti tam fərqlidir: “Öncə onu söyləyim ki, bu mahnının musiqisi və sözləri özümümndür. Bu gün media nümayəndələrini də bura dəvət etməyimizdə məqsəd adı çəkilən mahnıya çəkdirdiyim klipi təqdim etməkdir. Rejissor Ceyhun Kərimovun ekranlaşdırdığı klipdə əsl məhəbbət üçbucağı canlandırılıb. Klipdə mən öz toyumdan qaçıb sevgilimi ölümdən xilas edirəm. Məncə maraqlıdır. İndi görək bəyənəcəklər, ya yox. Fərqli bir iş ərsəyə gəldiyinə inanıram”.

Klip nümayiş olunduqdan sonra tədbirdə iştirak edən xalq artisti Mübariz Tağıyev klip barədə öz təəssüratlarını bölüşüb: “Mən Aytacı “Yeni Ulduz” müsabiqəsindən tanıyıram. Onun səs imkanlarına bələdəm. Amma bu klipdə ifa etdiyi mahnını və ifasını o qədər də bəyənmədim. Amma bu o demək deyil ki, o, ifa eləməyi bacarmır. Sadəcə bu mahnıda Aytac öz səs imkanlarını istənilən səviyyədə göstərə bilmədi. Ancaq hər bir halda ona dəstəyəm”.


Qeyd edək ki, klipin montajını Aleksandr Anişenko, operatorluğunu isə Çingiz Xankişiyev edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3517
avatar

Yalçın UĞUR

Oxşar yazılar