“Toppuş bacı” adı ilə tanınan əməkdar artist Tünzalə Əliyeva 32 kiloqram arıqlayıb. Lent.az-ın məlumatına görə, bu barədə aktrisa ANS-də yayımlanan verilişlərin birində deyib. O, bildirib ki, çəkisini 80 kiloqrama qədər azaltmaq niyyətindədir: “Pəhriz saxladım və 64 kilo arıqladım. Daha sonra pəhrizimi pozdum. Bundan sonra daha çox kökəldim və arıqlaya bilmədim. Sonda əməliyyat oldum. Düşündük ki, mədəmi kiçiltmək lazımdır. Nəhayət mədəmi kiçiltdirdim. Bunun nəticəsində 32 kilo arıqladım. İndi bacardığım qədər pəhriz saxlamalıyam ki, mədəm genişlənməsin. İki ildə 6 dəfə əməliyyat olunmuşam. Həkim soruşdu ki, nə qədər arıqlamaq fikrindəsən? Dedim, 80 kiloqram olmaq istəyirəm. O da söz verdi ki, fevrala qədər 80 kiloqram olacaqsan. Hazırda 118-119 kiloqram olaram”.

Oxşar yazılar

Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI
21 iyul 2025 , 19:20
Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO
21 iyul 2025 , 17:56
Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI
21 iyul 2025 , 14:52
Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55