Şairə Leyli İsrafilova (Erol) və Türkiyəli bəstəkar Hakan Erolun ailə quracağı gün müəyyənləşib. Lent.az xəbər verir ki, uzun müddətdir ki, birlikdə olan cütlüyün toyu aprelin 7-də paytaxt restoranlarının birində keçiriləcək. Hətta Leyli bu barədə “İnstagram” səhifəsində də toyun dəvətnamələrinin şəkillərini paylaşıb: “Allah hamıya qismət etsin. Sabahdan dəvətnamələrin paylanmasına star verirəm”.
Xatırladaq ki, cütlüyün nişanı yanvarın 9-da olub.
Qeyd edək ki, L.Erol və H.Erol Aygün Kazımova “Səndən adam olmayacaq”, Zülfiyyə Xanbabayeva “İlk baxışdan”, Abbas Bağırov “Sənsiz olmaz”, Səidə Sultan “Məni dəli et”, Əkbər “Yanımdan ayrılma”, Ceyla “Unuduram” kimi bir çox mahnıların müəllifləri kimi tanınırlar.