Xalq artisti Könül Xasıyeva bir müddət öncə dünyasını dəyişən atasından danışıb.
Lent.az-ın məlumatına görə, xanəndə “Hər şey daxil” verilişində atasından söz açan zaman göz yaşlarını saxlaya bilməyib:
"Məktəbi bərbad oxumuşam. Dərsdən qaçmırdım, gərək, dərsə gedəsən ki, qaçasan. Üç məktəb dəyişmişəm. Atamın narahat vaxtları idi. Şəkidəki evimiz köhnəydi. Atam dedi ki, istəyərdim, evi təmir etdirim, yeniləyim. Sağ olsun, hökümət təmir etdirdi. Dedim, birinci atamın otağını düzəldin, görsün. Atam tam hazır vəziyyətini görə bilmədi. 51 yaşım var, hələ də elə bilirəm atam qayıdacaq. Allah anama dəyməsin, yaddaşını itirib. Hərdən soruşur ki, hardadır? Yalandan deyirik ki, küçəyə çıxıb. Ən böyük arzusu konsertimə gəlmək idi. Ona kostyum da almışdım".