Kənan M.M uzun fasilədən sonra klip çəkdi
23 oktyabr 2014 16:52 (UTC +04:00)

Kənan M.M uzun fasilədən sonra klip çəkdi

Rejissor Kənan M.M bir neçə illik fasilədən sonra klip çəkib. Lent.az-ın məlumatına görə, Kənan M.M şou-biznesə yeni addımlar atan müğənni Vüsalə Rəcəbovanın mahnısına çəkilən klipə rejissorluq edib. Mahnı “Sevməyi öyrədim” adlanır və müğənni çəkilən klipə görə Kənana minnətdarlıq edib: “Əvvəlcə onu deyim ki, xoşbəxt müğənniyəm ki, mənim müəllimim Mənsum İbrahimovdur. Digər xoşbəxtliyim ondadır ki, xalq artisti Arif Babayev mahnılarını onun icazəsi ilə oxumuşam. O da bəyənib. Demək ki, pis oxumuram. Bu gün təqdim olmuş klipimə gəldikdə isə, onu ekranlaşdıran Kənan M.M təşəkkürümü bildirirəm. Sağ olsun ki, təklifimi dəyərləndirdi”.

 

Rejissor Kənan M.M də fikirlərini bölüşüb: “Təxminən 2 ildən artıq müddət idi ki, klip çəkmirdim. Vüsalə mənə klip çəkməyimi təklif edəndə razı oldum. Çünki o, dostdur, dost. Mənə bu işi zəng edib təklif edəndə dedi ki, ilk işimi səninlə başlamışam. Başqa rejissorun qapısına getmək istəmirəm. Vəfalı insana, vəfalı davranmaq, boynumuzun borcudur”.

 

Bəstənin söz və musiqisi ifaçının özünə, aranjemanı isə Rəşad Bağırova məxsusdur.


Qeyd edək ki, tədbirdə xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, muğam ifaçısı Babək Niftəliyev, müğənni Vasif Məhərrəmli, Mirkamil Kamilov,  aşıq Zülfiyyə, meyxanaçı Ağamirzə və başqaları iştirak edib.

 

Təqdimatdan fotoları təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1345
avatar

Yalçın UĞUR

Oxşar yazılar