Bir müddət öncə paytaxt məkanlarının birində keçirilən toya dəvət alan Türkiyənin tanınmış sənətçisi Sibel Canın Azərbaycandan nə qədər qonorar aldığı müəyyənləşib. Lent.az-ın məlumatına görə, ANS-in “Xəbərsizsinizmi” verilişinə qonaq olan prodüser Tolik məşhur müğənnin Bakıdakı qazancının 125 min manat olduğunu açıqlayıb: “Bu yaxınlarda Sibel Can Bakıya bir məclisə gəlmişdi, 125 min manat aldı”.
Qeyd edək ki, Sibel Canı Bakıya tanınmış iş adamlarından biri övladının toyuna gətirib.