İranlıların «Yellow Dog» qrupu Nyu-Yorkda qətlə yetirilib
11 noyabr 2013 22:32 (UTC +04:00)

İranlıların «Yellow Dog» qrupu Nyu-Yorkda qətlə yetirilib

İranlıların «Yellow Dog» («Sarı it») adlı musiqi qrupunun solisti Rafi Əkbər Nyu-Yorkda öz həmkarlarını güllədikdən sonra özünü vurduğu ehtimal edilir.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, musiqiçilərin cəsədi Bruklendə qrupun yaşadığı və məşq etdiyi evdə aşkarlanıb. Qətldə şübhəli bilinən qrup üzvünün cəsədi isə həmin binanın damında tapılıb.

 

İlkin məlumata əsasən, o, həmkarlarını güllələdiyi silahla özünü də vurub.

 

Qrup üzvləri bas gitaraçı Kuri Mirzayi, zərb alətinin ifaçısı Arəş Fərəzmənd, gitaraçı Siavaş Kərəmpur, Siruş Fərəzmənd (onun  ikinci mərtəbədə yataqda öldürüldüyü iddia edilir) Əli İsgəndərian güllənib. Mirzayi və Kərəmpurun yaralı olduğu ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1529
avatar

Oxşar yazılar