Hamilə İradə İbrahimova oğlunun adını indidən qoydu
27 iyul 2015 10:57 (UTC +04:00)

Hamilə İradə İbrahimova oğlunun adını indidən qoydu

İkinci dəfə ana olmağa hazırlaşan müğənni İradə İbrahimova doğulacaq körpəsinin adını açıqlayıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Pəhriz saxlamamışam. Çünki hamilə qadının pəhriz saxlaması gərəksizdi. Oğlum olacaq, inşallah. Adını bacısı İpək qoyub artıq. Oğlumun adını Əli qoydu. Atası ilə mən isə ikinci adının Can olmasını istəyirik. Allahın köməkliyi ilə təbii yolla oğlumu dünyaya gətirmək istəyirəm. Allah bütün ana olmağa hazırlaşan xanımlara yardım olsun”.

 

İ.İbrahimova onu da əlavə edib ki, hamiləlik dövründə 10 kilo kökəlib: “Hamiləliyimin 33-cü həftəsindəyəm. İlk hamiləliyimdən fərqli olaraq çox kökəlməmişəm. Hamilə qalanda 53 kiloqram idim, indi 63 olmuşam. Ana olmağa hazırlaşan xanımlar arasında kökələn varsa, qətiyyən bunu dərd etməsinlər. Əsas körpənizin və sizin sağlamlığınızdır".

 


Qeyd edək ki, Türkiyədə yaşayan  İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailəlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Yalçın UĞUR

Oxşar yazılar