Xalq artisti İlhamə Quliyeva sənətçi Röyanın ona hədiyyə etdiyi brilyant üzükdən bəhs edib.
“Axşam.az”-ın məlumatına görə, müğənni “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında bu cür hədiyyələrlə onun sevgisini qazanmağın mümkün olmadığını deyib:
“Mənə özünü hədiyyə ilə sevdirmək olmaz. Bu cür sürprizlərə öyrəşmişəm.
Məni hörmətlə, layiqli münasibətlə təəccübləndirmək mümkündür. Röya mənə diqqət göstərir, hörmət edir. Bu da xoşuma gəlir, onu çox istəyirəm".