Bu gün xalq artisti İlhamə Quliyevanın səhhətinin pisləşərək Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilməsi barədə xəbər vermişdik. Lent.az-ın məlumatına görə, hazırda özünü yaxşı hiss edən ifaçıya baş çəkməyə bir çoxları kimi Ruhi Əliyeva da gedib. Onunla birgə prodüser Tolik (Tarix Əliyev) də həmin xəstəxanada olub.
Onlar İ.Quliyeva ilə şəkil çəkdiriblər. Prodüser Tolikdə həmin şəkilləri “İnstagram” səhifəsində paylaşıb.
Qeyd edək ki, İ.Quliyeva hazırda müalicə olunduğu Mərkəzi Neftçilər xəstəxanasında aylar öncə ürək əməliyyatı keçirmişdi.