“Mənim kefim istəyir, istədiyim adama titul verirəm. Bunu mənə heç kim qadağa edə bilməz”. Lent.az-ın məlumatına görə, bu sözləri dj Kazımın “106.3 FM”də aparıcılıq etdiyi “Muleyli şou”da qonaq olan xalq artisti İlhamə Quliyeva deyib: “Şou-biznesdə titulları mən verirəm. Verdiyim titullar da qəbul edilir. Bu gün də növbəti titulumu Kazıma vermək istəyirəm. Azərbaycanda “Nömrə-1 Dj”. Bu “Nömrə-1”lik sənə yaraşır. Çünki, dj-lər içində ən zirvədə olan sənsən”.
İ.Quliyeva nəvəsi Ruslandan da söz açıb: “Allah olmayanlara da qismət eləsin. Gözəl nəvəm var. Gözləri gilasdır. İndi-indi gəzmək istəyir. Uzandırırıq, uzanmaq istəmir. Ayağa qalxmaq istəyir. Mənim bu dünyada çox sevdiyim şəxs nəvəmdir. Hətta oğlumdan, gəlinimdən də çox istəyirəm. Gəlinim Arifə xanımı da çox sevirəm. Çox kübar bir xanımdır. O, mənim xətrimi çox istəyir”.
İfaçı daha sonra bu gün doğum gününü qeyd edən xalq artisti Nisə Qasımovanı və müğənni Nadir Qafarzadəni də təbrik edib: “Bu gün Nadir Qafarzadənin və Nisə Qasımovanın ad günüdür. Onları təbrik edirəm. Hər bir işlərində uğurlar arzu edirəm”.