İlhamə hədələdi: “Çaşanı...”
20 noyabr 2013 11:19 (UTC +04:00)

İlhamə hədələdi: “Çaşanı...”

İlhamə hədələdi: “Çaşanı...”

 

Xalq artisti İlhamə Quliyeva yeni komandasından söz açıb. Lent. az-ın məlumatına görə, İ. Quliyeva ATV-nin “10-lar” verilişində bundan başqa bir çox məqamlara da toxunub: “Artıq komandamı yeniləmişəm. Mənimlə sadiq insanlar çalışacaq. Artıq üç aya yaxındır ki, mətbuat katibim Tahirə, yeni prodüserim isə Zorikdir”.

 

İ. Quliyeva  bildirib ki, ona Zorik kimi sadiq prodüser lazımdır: “Yanımda sadiq insan çox vacib idi. Süfrəmdə oturub, çörəyimi yeyib, mesajla informasiyalar nəyimə lazımdır”.

 

 

Sonda xalq artisti şou əhlinə ultimatum göndərib, onları hədələməyi də unutmayıb: “Mən kraliçayam. Özü də indi yox, dünyaya gələndən. İndi nə baş verdi hamı kraliça oldu? Bilsinlər ki,  başlarına tac qoyub otursalar da tac mənimdir, tacın sahibi mənəm. Kraliça, tac məsələsi mənlə gəlib meydana. Demək istəyirəm ki, çaşmayın. Çaşanı bilirsiz də İlhamə axırda nə günə qoyur. Allahımdan istəyirəm bir kəs məni və ya dostlarımı mənfi, sətiraltı söz və yaxud açıq təhqir desin...”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187

Oxşar yazılar