“ATV”nin "Nə Varsa" proqramının aparıcısı İlhamə Bədəlova subaylığın daşını atmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, bu gün İ. Bədəlovanın nişanıdır. İ. Bədəlova Türkiyədə yaşayan azərbaycanlı Murat Fətullah (Fətullayev) ilə ailə həyatı qurmağa hazırlaşır. Nişan paytaxt restoranlarının birində keçiriləcək.
Qeyd edək ki, İ.Bədəlovanın ailə qurmağa hazırlaşdığı M. Fətullayev Türkiyədə "Azəri oğlu” ləqəbi ilə tanınır. O, 1984-cü ildə Azərbaycanda doğulub. Türkiyədə "Kurtlar vadisi”, "Adanalı”, "Arka sokaklar”, "Suç dosyası”, "Sınav” seriallarında rol alıb. Bundan əlavə, Türkiyənin "Mixx TV” telekanalında əyləncəli verilişin aparıcısı olub.