Hülya Avşar: “Türkiyədə bir çox azərbaycanlı iş adamı...”
10 mart 2014 19:20 (UTC +04:00)

Hülya Avşar: “Türkiyədə bir çox azərbaycanlı iş adamı...”

Türkiyənin tanınmış aktyor-müğənnisi Hülya Avşar Azərbaycana səfər etmək niyyətindədir. Lent.az-ın məlumatına görə, Hülya bu barədə “ATV”-də yayımlanan “10-lar” proqramına verdiyi özəl müsahibədə deyib. O, bildirib ki, Azərbaycana gəlmək onun çoxdankı istəyidir: “Çox istərdim ki, Azərbaycana gəlim. Bunun üçün bir fürsətim də olmayıb. Amma indi həmin anın yetişdiyini hiss edirəm. Çünki Azərbaycanda sevənlərimin çox olduğunu hiss etmişəm. Demək istəyirəm ki, məndə sizləri çox sevirəm. Türkiyədə bir çox azərbaycanlı iş adamı yaşayır. Onlar bizim ölkəyə böyük dəyər verirlər. Azərbaycana tez bir zamanda gələcəyimi düşünürəm. Ölkənizin çox gözəl olduğunu zənn edirəm”.

 

Qeyd edək ki, H.Avşardan özəl müsahibəni “10-lar” verilişinin  müxbiri Ruslan Ağayev alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2894

Oxşar yazılar