3-cü dəfə ana olmağa hazırlaşan müğənni Xuraman Şuşalı övladları ilə birgə gəzintiyə çıxıb. Lent.z-ın məlumatına görə, o, gəzinti zamanı çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb. Müğənni yazıb: “Övlad Allahın ən gözəl nemətidir. Allah arzusunda olanlara nəsib etsin. Amin”.
Qeyd edək ki, 2010-ci ildə Elçin adlı şəxslə ailə quran müğənnin bir qızı və bir oğlu var. Müğənninin həyat yoldaşı rejissordur.