Azərbaycana gələn Türkiyənin tanınmış müğənnisi Haluk Levent mətbuat konfransı keçirib. Konfransda çıxış edən müğənni Bakı səfərindən Lent.az-a danışıb: “Bildiyiniz kimi Azərbaycana səfərim paytaxtınızda verəcəyim konsertdir. Bakıya ilk səfərim deyil.Təxminən 4 il öncə Bakıda olmuşdum. Amma konsert verməmişdim. Yəqin qismət bu günə imiş. Azərbaycan mahnılarını çox sevirəm. Çox güman ki, bu gün onlardan bir neçəsini ifa edəcəm. Burada tanıdığım, sənətçilər olsa da, bu gün yalnız özüm çıxış edəcəm. Yəni heç bir azərbaycanlı müğənni ilə eyni səhnəni paylaşmayacağam. Çünki, bu gecə, yalnız mənim mahnılarımdan ibarət bir konsert düzənlənəcək”.
Müğənni bildirib ki, hələ bir neçə gün Bakıda qalacaq: “Bakını hələ tam gəzməmişəm. Hər tərəf ağ rəngdə olduğuna görə, Bakının necə dəyişdiyinin şahidi ola bilmədim. Hələ 1-2 gün Azərbaycanda olacağam. Gün çıxıb, qarı əritsə, Bakını daha yaxşı seyr etmək imkanım olacaq”.