Ötən gün şairə Leyli İsrafilova (Erol) və türkiyəli bəstəkar Hakan Erolun toyu olub. Lent.az-ın məlumatına görə, toyda diqqət çəkən məqamlardan biri Hakan Erolun “Ah, İstanbul” mahnısını ifa etməsi olub. Həmin anda xalq artisti Aygün Kazımova ayağa qalxaraq, ifanı onlarla birgə ayaq üstə dinləyib. Əməkdaşımızın lentə aldığı həmin anın görüntüsünü təqdim edirik.
Qeyd edək ki, cütlüyün toyuna xalq artisti Aygün Kazımova, əməkdar artistlər Ədalət Şükürov, Lalə Məmmədova, Elza Seyidcahan, Abbas Bağırov, müğənnilərdən Nadir Qafarzadə, İlhamə Qasımova, Elnur Məmmədov, Roza Zərgərli, Sevda Yahyayeva, Samir Piriyev, Günay İbrahimli, Aysel Əlizadə, Ayaz Qasımov, Niyam Səlami, Zamiq Hüseynov, Azad Şabanov, Mir Yusif, prodüserlər - Tolik (Tarix Əliyev), Təranə Səmədova, bəstəkar Pərviz Mahmudov, rejissor Aynurə Səmədova, reper Qurd, aparıcılardan İlkin Həsəni, Afaq Gəncəli və digər tanınmışlar gəlmişdi.