Müğənni Günel Məhərrəmova yaradıcılıq işlərindən söz açıb. Gördüyü işdən Lent.az-a danışan Günel bildirib ki, sözləri Anar Məmmədova, musiqisi Ceyhun Əliyevə məxsus “Sənə bir sözüm var” adlı mahnını oxuyub: “Həmişəki kimi fasilə vermədən yaradıcılıq işlərimi davam etdirirəm. Yeni işlərim var. Onların üzərində çalışıram. Amma hazırda başım yeni ifa etdiyim “Sənə bir sözüm var” adlı mahnıma qarışıb. Bu mahnım yaxınlarda dinləyicilərə təqdim olunacaq. Bu mahnıya klip çəkdirməyi də düşünürəm. Lakin ekran işini hansı rejissorun çəkəcəyi bəlli deyil”.
Qeyd edək ki, “Sənə bir sözüm var” bəstəsini Tərlan Məmmədhüseynov aranjeman edib.