Füzuli Musayevdən Ayanla evlilik xəbərinə açıqlama
20 noyabr 2013 13:37 (UTC +04:00)

Füzuli Musayevdən Ayanla evlilik xəbərinə açıqlama

Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev müğənni Ayan Babakişiyeva ilə gizli ailə qurması haqda yayılan xəbərlərə münasibət bildirib. Lent.az virtualaz.org saytına istinadən xəbər verir ki,  Füzuli Musayev mətbuatda haqqında belə məlumatların yayılmasına çox təəssüfləndiyini bildirib: 

“Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir”.

F.Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: 

“Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər”.

 

Qeyd edək ki, qafqazinfo.az saytı Ayan Babakişiyevanın evləndiyi kişinin Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev olduğunu iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5132
avatar

Oxşar yazılar