Xalq artisti Flora Kərimova xəstəxanaya düşüb. Bu barədə AzVision.az-a müğənninin yaxınları məlumat verib.
Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı F. Kərimova ilə əlaqə saxlayıb. O, isə bu sözləri deyib: “Xəstəxanada deyiləm, yoldayam, rəfiqəmlə, Yaqutumla gəzirəm. Hazırda “Montin” tərəfdəyəm, kimin ağlına gəlib belə bir şey yazıb? Axı hər şey qaydasındadır. Özüm əla, kefim də yerindədir, bəziləri narahat olmasınlar, ölməmişdən öncə teleqram vuracam”.