<span style="color:red;">Flora Kərimova:  <b>"Qızımın 4 aylıq körpəsi tələf oldu"</b>
08 sentyabr 2014 11:20 (UTC +04:00)

Flora Kərimova: "Qızımın 4 aylıq körpəsi tələf oldu"

“Qızımın bətnində 4 aylıq körpəsi tələf oldu”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova qızı Zümrüdün boşanmasından danışarkən deyib. O, “10-lar” verilişinə açıqlamasında bildirib ki, qızının boşanması övlad dünyaya gətirməməsi ilə bağlı deyil: “

 

 

"Mənim qızım ailəsindən ayrıldı. O, həmin evə gəlin kimi yox, övlad kimi getmişdi. Çox narahat idim ki, onlar qızıma gəlin kimi, yoxsa ikinci bir qızları kimi sahib olacaqlar. Məhz buna görə qudama təşəkkür edirəm. Hələ də qudam deyirəm, əksinə dilim gəlmir...Qohumluq qismət olmadı, amma dost qaldıq.  Jurnalistlər də çox sağ olsunlar ki, bu hadisəni qurdalamadılar, pis heç nə axtarmadılar. Bircə dedilər ki, guya ana ola bilmədiyi üçün ayrılıb. Qızımın bətnində 4 aylıq körpəsi tələf oldu. Yəni övlad səbəb deyildi. Onların ailə qurması, mənim və qudam Tərlan xanımın təkidi ilə baş tutmuşdu. Üç dəfə yox dedim, sonra razılaşdım. Qızım mənim istəyimlə ailə qurdu. Kürəkənimdən 6 il ərzində çox razı qaldım. Nazimə çox sağ ol deyirəm ki, həmin müddətdə qızıma özünü qərib hiss etdirmədi”.  

 

Xalq artistinin qızı Zümrüd isə boşanması haqda bunları deyib:

 

“Allah tərəfindən seçilmiş insanlar sırasındayam. Çox xoşbəxtəm. Bilmirəm yaxşıdır, ya pisdir. Tək bilirəm ki, həyatımda hər şey şərəflidir. Anam gözəl izah etdi. İki müstəqil, ağıllı insanıq. Sərbəst insanlar kimi qərar verdik. Onunla ailə qurmağıma peşman deyiləm. Ona xoşbəxtlik arzu edirəm. Biz küsməmişik ki, bundan sonra barışıq da ola. Amma yenidən bir araya gəlmək, ailə qurmaq alınmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652
avatar

Yalçın UĞUR

Oxşar yazılar