Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqramın ulduz rubrikasında xalq artisti Sabir Əliyev, əməkdar artist Firuzə İbadova, Cavanşir Məmmədov, Səlim Abbasov, müğənnilərdən Arzu Rzayev, aktyor Çingiz Əhmədov, aparıcı Əkbər Əlizadə və qarmon ifaçısı Gövhər Rzayeva kimi məşhurlara məzəli, məntiqi suallar verilib. Bundan əlavə "Cristal prodakşn"ın dəstəyi ilə həyata keçirilən layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınıb.
Verilişin ideya müəllifi və rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 5-ci günü saat 17:40-da yayımlanır.
Qeyd edək ki, verilişin informasiya tərəfdaşı Lent.az-dır.