Fatimənin Röyaya bağışladığı hədiyyə
29 yanvar 2014 14:18 (UTC +04:00)

Fatimənin Röyaya bağışladığı hədiyyə

Ötən gün Heydər Əliyev Sarayında konsert verən Röya Ayxana bir çox sənətçi həmkarı hədiyyə bağışlayıb. Lent.az-ın məlumatına görə, gecədə ən yadda qalan hədiyyə rəqqasə Fatimə Fataliyevanın ona bağışladığı sandıq olub. Üstü bahalı daşlarla bəzədilmiş sandığın içindəkinin nə olmasını isə Fatimə söyləmək istəməyib: “Hər zaman söyləmişəm ki, Röyanın çox fərqli və gözəl səsi var. Onun konsertinə getməyə bilməzdim. Çünki, xətrini çox istəyirəm. Bir çoxları məndən Röyaya bağışladığım sandığın içində nə olduğunu soruşdu. Amma bunu açıqlasam, sürpriz olmaz. Amma düşünürəm ki, bu hədiyyə Röyanın ürəyincə olacaq”.

# 3297
avatar

Yalçın UĞUR

Oxşar yazılar