Rəqqasə Fatimə Fətəliyeva Türkiyənin Mersin şəhərində keçirilən festivaldan qayıdıb. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, o, Azərbaycana mükafatla geri dönüb: “Nəhayət, Bakıya qayıtdım. Şükürlər olsun ki, Hindistanda qazandığım uğurlu nəticəni Türkiyədə də qazana bildim. Belə ki, 3 ölkəyə mükafat verildi. İlk mükafat alan Azərbaycan oldu. Daha sonra Rusiya aldı. Həyəcandan 3-cü mükafat hansı ölkəyə verildiyini yadımda saxlaya bilmədim. Festival ərəfəsində mənimlə birgə Azərbaycandan rəqqaslar da gəlmişdi. Onların çıxışı da maraqla qarşılandı. Böyük bir planım var. Amma hələ ki, açıqlamaq istəmirəm. Çünki bunu eşidənlərin bəziləri üzüləcək, bəziləri isə sevinəcək. Hər halda çox ciddi bir qərardır”.
Qeyd edək ki, F.Fataliyeva bundan əlavə Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsində də qalib olub.