Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsindən Azərbaycana qalibiyyətlə qayıdan rəqqasə Fatimə Fətəliyeva növbəti sınaq qarşısındadır. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, o, Türkiyədə keçirilən festivala qatılacaq: “Hindistanda qalib gəlməyim həm də Azərbaycanın uğurudur. Amma qalib gəlməyim bir çoxlarını sevindirsə də, uğuruma görə narahat olanlar da oldu. Bu cür halların olmasına artıq alışmışam. Əsası odur ki, mən öz işimdəyəm. Müsabiqədən Azərbaycana qayıdanda isə məni hava limanında dostlarım - prodüser Tolik, Rövşən İlknuri, prodüserim Aysel qarşıladı. Çox sağ olsunlar. Artıq növbəti festivala hazırlaşıram. Hindistanda festivalda çıxışımdan sonra noyabrın 14-də Türkiyənin Mersin şəhərində keçirilən festivala dəvət aldım. Bir neçə gün düşündükdən sonra razılıq verdim. Düşünürəm ki, Türkiyədən də Azərbaycana uğurlu nəticə ilə qayıdacam”.

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35