Əməkdar artistdən özəl telekanallara ağır ittihamlar
28 mart 2014 13:51 (UTC +04:00)

Əməkdar artistdən özəl telekanallara ağır ittihamlar

“Bəzi telekanallar bağlansa yaxşıdır. Çünki o kanallar dövlət kanalı deyil. O telekanalların kassaları var ki, səsi olmayan müğənni ödənişin edib çıxır efirə. Amma səsi olan müğənnidən də pul istəyirlər. Mənə maraqlıdır həmin özəl telekanalların musiqi departamentinin rəhbərləri haranı bitiriblər?” Lent.az-ın məlumatına görə, bu qalmaqallı açıqlamaları əməkdar artist Teymur Əmrah “Ans”-in “Günə baxan” verilişində deyib: “Düşünürəm ki, bəzi kanallar bağlanmalıdır. Həmin kanallarda efirə çıxan aparıcılar adama elə mənasız , yersiz suallar verir. Amma heç bunun fərqində belə olmurlar. İnandırım ki, həmin aparıcılar orta məktəbin dördüncü sinfini də bitirməyiblər. Bir də görürsən ki, mənə sənətkar deyirlər. Deyirəm “sənətkar özünsən”. Çünki vaxtından tez məni xalqın gözündən salırlar”.

 

 

Sonra həmkarlarından söz açan T.Əmrah aparıcı İlqar Mikayıloğluya müraciət edib: “Sizdən çox xahiş edirəm, bu müğənniləri dəvət edib burda danışdırmayın. Çünki danışa bilmirlər. Gəlib, ayaqlarını ayağının üstünə aşırıb otururlar. Mən bu vaxta qədər bir dəfə də olsun elə əyləşməmişəm. Bu mənə yaraşmaz”.

 

# 1258
avatar

Yalçın UĞUR

Oxşar yazılar